ABŞ-ın tarif mübarizəsi qlobal ticarəti qoruya bilər - Çin XİN

12:22 - 10 Aprel 2025 - İQTİSADİYYAT

ABŞ-ın ticarət tariflərinə qarşı çıxmaq təkcə Çinin öz maraqlarını qorumaq deyil, həm də beynəlxalq çoxtərəfli ticarət sistemini qorumaqdır.

Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian Donald Tramp administrasiyasının Çin mallarına rüsumları artırmaq barədə qərarını şərh edərkən deyib.

"Zəruri tənzimləyici tədbirlərin görülməsi və ABŞ-ın qəsbkar hərəkətlərinə qarşı durmaq təkcə öz maraqlarını, suverenliyini, təhlükəsizliyini və inkişaf hüququnu qorumaq deyil, həm də beynəlxalq ədaləti və çoxtərəfli ticarət sistemini qorumaqdır", - XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

Diplomat xəbərdarlıq edib ki, Çin öz xalqının qanuni hüquq və mənafeləri tapdalanarkən, beynəlxalq ticarət-iqtisadi normalar və çoxtərəfli ticarət sistemləri dağıdıldığı bir vaxtda sakit dayanmayacaq.

“Əgər Birləşmiş Ştatlar öz hegemonluğu naminə dünyanın maraqlarını qurban verməyə davam edərsə, o, istər-istəməz beynəlxalq ictimaiyyətin daha qəti reaksiyası ilə üzləşəcək”, o əlavə edib.

Xəbər xətti