Tramp bəzi ölkələrə cavab rüsumlarını 90 gün müddətinə dayandırıb

22:14 - 9 Aprel 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bildirib.

Ucnoqta.az xəbər verir ki, Amerika lideri Truth Social-da qeyd edib. 
Tramp bildirib ki, 75-dən çox ölkə ABŞ nümayəndələrinə “ticarət, ticarət maneələri, tariflər, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı məsələləri müzakirə etmək” üçün müraciət edib. Bu dövlətlər, Trampın sözlərinə görə, “ABŞ-a qarşı heç bir cavab tədbiri görməyib”.
Bununla əlaqədar Tramp bildirib ki, o, 90 günlük fasilə və həmin müddət üçün 10%-lik cavab tariflərinin əhəmiyyətli dərəcədə aşağı səviyyəsini əmr edib.
Ağ Ev rəhbəri qərarın dərhal qüvvəyə mindiyini deyib.

Xəbər xətti