Amazon bəzi Çin məhsullarını almaqdan imtina edib

20:04 - 9 Aprel 2025 - DÜNYA

Vaşinqton administrasiyası tarifləri elan etdikdən sonra Amazon Çindən və bir sıra digər Asiya ölkələrindən bir çox mal üçün sifarişləri ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə  Bloomberg yazıb. Bildirilir ki, Amerika ticarət platforması skuterlər, çimərlik kresloları və kondisionerlər kimi istehlak mallarının tədarükünü dayandırıb.

Agentlik yazır ki, sifarişin ləğvi vaxtı və əvvəlcədən xəbərdarlıq edilməməsi bu addımın gömrük rüsumlarının tətbiqi ilə əlaqədar edildiyini göstərir.

Xəbər xətti