Çin Ukrayna münaqişəsində iştirak etmək üçün öz hərbi personalını göndərməyib və ölkə hakimiyyəti öz vətəndaşlarından hərbi əməliyyatlarda iştirak etməməyi tələb edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
Çian qeyd edib ki, Çin hökuməti həmişə öz vətəndaşlarından silahlı münaqişə zonasından uzaq durmağı, hər hansı formada iştirakdan çəkinməyi, xüsusən də hər iki tərəfin hərbi əməliyyatlarında iştirak etməkdən çəkinməyi tələb edib.