İstanbulda ABŞ-la təmaslar Xarici İşlər Nazirliyi vasitəsilə olacaq - Peskov

14:00 - 8 Aprel 2025 - DÜNYA

Rusiya ABŞ-la İstanbulda keçiriləcək görüşdə xarici siyasət idarəsi vasitəsilə təmsil olunacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Bizim tərəfimizdən bu, Xarici İşlər Nazirliyi vasitəsilə olacaq. Ona görə də Xarici İşlər Nazirliyindən həmkarlarımızdan məlumat gözləyin"- Kreml nümayəndəsi brifinqdə müvafiq suala cavab verib.

Xəbər xətti