Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlanıb

09:33 - 27 Mart 2025 - ÖLKƏ İÇİ

Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlanıb.

Hadisə Şəki şəhər ərazisində baş verib.

Belə ki, 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar aparılır.

Xəbər xətti