Bu gün sonuncu Qədr gecəsidir

10:03 - 26 Mart 2025 - Cəmiyyət

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən dördüncü Qədr (əhya) gecəsidir.

Ucnoqta.az xəbər verir ki, dördüncü Qədr gecəsi Ramazan ayının 26-dan 27-nə, yəni martın 26-dan 27-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub. 

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (martın 30-u) Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

Xəbər xətti