Professor Məsud Məmmədov (Məsud Dövran) vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə bildirilib.
Filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar birliyinin üzvü olan Məsud Əliağa oğlu Məmmədov (Məsud Dövran) 1937-ci ildə Astarada anadan olub.
1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedoqoji Dillər İnistitutunun "Rus dili və ədəbiyyatı" fakültəsində təhsil almış və inistitutu bitirdikdən sonra AMEA-nın Nəsimi adına Dilçilik İnistitutunun "İran və Qafqaz" dilləri şöbəsində kiçik elmi işçi vəzifəsini daşıyıb.
Məsud Əliağa oğlu Məmmədov 1973-cü ildə elm aləminə məlum olmayan "Xələc dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1975-1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim vəzifəsində fəaliyyətə başlayan Məsud Əliağa oğlu Məmmədov sonralar "Rus dili" kafedrasının müdiri, "Rus dili və Ədəbiyyatı" fakültəsinin dekanı və 1987-1992-ci illərdə Tədris işləri üzrə prorektor olub.
O, 1994-cü ildən Lənkəran Dövlət Universitetində çalışıb. 300-ə yaxın elmi məqalə, 5 monoqrafiya, 6 şeirlər kitabının müəllifidir.