Bakıda qəbristanlıqların birində QEYRİ-ADİ HADİSƏ - VİDEO

09:03 - 25 Mart 2025 - Cəmiyyət

Bayramla əlaqədər qardaşının məzarını ziyarətə edən şəxs qarşılaşdığı hadisədən həyrətə gəlib. Qardaşının məzarının yerində başqa şəxsin dəfn edildiyini görüb.

Ucnoqta.az bildirir ki, hadisə Suraxanı rayonu, Əmircan qəbristanlığında baş verib. Elxan Sultanov iddia edir ki, onun qardaşının baş daşı da qırılaraq atılıb.

Elxan Sultanov deyir ki, dəfn edilən şəxslərin yaxınlarını tapıb. Onlar söz veriblər ki, həmin şəxsin nəşini çıxarıb başqa bir yerdə təkrar dəfn edəcəklər. Ancaq bu vədə əməl edilməyib.

O, istəyi verilən vədə əməl edilməsi, həmin şəxsin başqa yerdə dəfn olunmasıdır.

Məsələ ilə bağlı məzarlıqlara cavabdeh olan şəxslə əlaqə saxladıq. O "Xəzər Xəbər"ə bildirdi ki, yeni dəfn edilən şəxslərin yaxınları ona bildiriblər ki, bu yer onlarındır və buna görə də həmin şəxsi orada dəfn ediblər.

Daha sonra isə yeni dəfn edilən şəxsin yaxını ilə əlaqə saxladıq. O isə bildirdi ki, ailələr danışaraq əvvəlki qəbrdə dəfn edilən şəxsin atasından razılıq alıblar. Müsahibimiz isə deyir ki, onlar arasında heç bir razılaşma yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər xətti