ETX müraciət etdi: Saxta rəylərə ...

16:11 - 24 Mart 2025 - Cəmiyyət

Onlayn alış-veriş edərkən və ya tətbiq yükləyərkən istifadəçi rəyləri məhsul və ya tətbiq haqqında fikir formalaşdırmağa kömək edir.

Ucnoqta.az xəbər verir ki, bu Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatında deyilir. Bildirilir ki, bəzən kiberdələduzlar inandırıcılıq üçün saxta rəylər formalaşdıraraq istifadəçilərin etimadından sui-istifadə edir:

"Bu cür rəylər adətən real istifadəçi təcrübəsinə əsaslanmır, eyni şablon cümlələrdən ibarət olur.
Hər hansı məhsulun və ya xidmətin həqiqətən saxta olub-olmadığını anlamaq üçün müstəqil platforma və ya sosial şəbəkələrdəki rəylərə, şikayətlərə nəzər yetirin. Şübhəli görünən rəylər sizi aldatmasın – həmişə araşdıraraq qərar verin!"

Xəbər xətti