Məhkəmə Əkrəm İmamoğlu barədə QƏRAR VERDİ

11:18 - 23 Mart 2025 - DÜNYA

İstanbul bələdiyyə sədri məhkəmə qərarı ilə həbs edilib

Ucnoqta.az xəbər verir ki, bu barədə A haber məlumat yayıb. Bildirilir ki, CHP-nin İBB Bələdiyyə sədri Əkrəm İmamoğlu 560 milyard TL-lik korrupsiya və fırıldaqçılıq istintaqı çərçivəsində həbs edilərək həbsxanaya göndərilib. 
İki istintaq çərçivəsində Əkrəm İmamoğlu, Murat Ongun, Tuncay Yılmaz, Fatih Keleş və Ertan Yıldız da daxil olmaqla 106 şübhəli haqqında həbs qərarı çıxarılıb. Eyni vaxtda keçirilən əməliyyatlarda şübhəlilər saxlanılıb.

İstanbul Baş Prokurorluğu tərəfindən İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və 99 şübhəli barəsində “cinayət təşkilatının lideri olmaq”, “cinayət təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət almaq”, “ağır fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tenderdə saxtakarlıq etmək” cinayətləri ilə bağlı istintaq başladılıb.
Şli Bələdiyyə Başçısı Rəsul Emrah Şahan haqqında "terror təşkilatı PKK/KCK-ya köməklik" cinayəti davam edir.

Hakimlər İBB sədri İmamoğlunun həbsinə qərar verib.

Xəbər xətti