"Bolt Azərbaycan" Şuşanın küçələrini erməni adları ilə göstərir
Ucnoqta.az xəbər verir ki, bununla bağlı məlumatı sosial şəbəkə istifadəçisi Xatirə Sərdarqızı paylaşıb. Belə ki, Şuşa şəhərində Bolt taksisi sifariş verdikdə küçənin adı erməni adları kimi qeydi çıxır.
Şuşa istiqamətində Bolt tətbiqindən taksi sifarişi axtarışı verdikdə də küçə adlarını erməni adları ilə göstərildi.
Xatırladaq ki, Şəhər 1992-ci ilin mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.
Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıda Şəhidlər Xiyabanından xalqa müraciətində açıqlayıb.