Hindistan və Rusiya martın sonu - aprelin əvvəllərində "Indra Navy" birgə hərbi dəniz təlimləri keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Yeni Dehlidəki səfirliyi məlumat verib.
Məlumata görə, bu təlimlər zamanı birgə manevrlər, qəza vəziyyətində olan gəmiyə yardım göstərilməsi və yoxlama fəaliyyətləri üzrə tapşırıqlar işlənəcək.
Qeyd olunur ki, manevrlər ölkələr arasında xüsusi imtiyazlı strateji tərəfdaşlıq çərçivəsində Rusiya Hərbi Dəniz Qüvvələri ilə Hindistan Hərbi Dəniz Qüvvələri arasında dostluğun möhkəmlənməsinə xidmət edəcək.