HƏMAS İsrailin birtərəfli qaydada atəşkəsi ləğv etdiyini bildirib

05:25 - 18 Mart 2025 - DÜNYA

HƏMAS sözçüsü Reuters agentliyinə bildirib ki, İsrail birtərəfli qaydada atəşkəsi dayandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.  İsrailin Qəzza zolağına silsilə hücumları nəticəsində azı 34 nəfər ölüb, 70-dən çox adam yaralanıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Xan Yunisdəki qaçqın çadırlarına, Rəfah və Cəbəliyədəki yaşayış binalarına zərbələr endirib.

Xəbər xətti