İsrail HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edir

05:21 - 18 Mart 2025 - DÜNYA

İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz İsrail Müdafiə Qüvvələrinə Qəzza zolağında HƏMAS-a qarşı "qətiyyətli addımlar" atmağı tapşırıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş nazirin aparatı məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz İsrail Müdafiə Qüvvələrinə Qəzza zolağında HƏMAS terror təşkilatına qarşı qəti addımlar atmağı tapşırıblar”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, HƏMAS ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Vitkoff və digər vasitəçilərdən aldığı bütün təklifləri rədd edib.

Baş nazirlikdən verilən açıqlamada qeyd edildiyi kimi, İsrail ordusunun zərbələri İsrailin hərbi məqsədlərinə, yəni HƏMAS-ın hərbi və inzibati potensialını aradan qaldırmaq və girovları geri qaytarmağa yönəlib.

“İsrail bundan sonra artan hərbi gücü ilə HƏMAS-a qarşı hərəkətə keçəcək”, - deyə ofis bildirib.

Xəbər xətti