Emin Əmrullayev Raqif Qasımovu direktor TƏYİN ETDİ

20:26 - 17 Mart 2025 - Xəbər

UNEC-in Zaqatala filialına direktor təyin olunub.

Ucnoqta.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə dosent Raqif Qasımov UNEC Rəqəmsallaşdırma üzrə prorektoru vəzifəsindən azad edilərək UNEC Zaqatala filialının direktoru təyin edilib.

Raqif Qaımov 1983-cü il avqust ayının 11-də Bakı şəhərində anadan olmuşdur.  2000-ci ildə Binəqədi rayonu 246 saylı məktəb-litseyi bitirib və həmin il Nazirlər Kabineti nəznində Xalq Təsərrüfatı  İdarəetmə İnstitutuna daxil olmuşdur. Adı keçən İnstitutun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə birləşdirilməsi  ilə əlaqədar olaraq 2004-cü ildə Azərbaycan Dövlət İqtisad  Universitetinin Türk Dünyası İşlətmə Fakültəsinin məzunu olmuşdur.

Daha sonra təhsilini davam etdirərək  2004-ci ilin oktyabr ayından Türkiyə Respublikası  Niğde Universitetində “İdarəetmə və Təşkilatlandırma”  ixtisası üzrə magistr təhsili almışdır. 2006-cı ildə magistr təhsilini bitirdikdən sonra, Türkiyə Respublikası Sakarya Universitetində “İdarəetme ve Təşkilatlandırma”  ixtisası üzrə doktorantura  təhsili almağa haqq qazanmışdır. 2011-ci ildə “Azərbaycandakı müəssisələrdə insan resurslarının idarəedilməsi” mövzusundakı doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru ünvanı qazanmışdır.

Ailəlidir, 2 övladı var.

Xəbər xətti