3 gün əvvəl intihar edən məktəblinin atası da özünü asdı

10:54 - 17 Mart 2025 - ÖLKƏ İÇİ

Tovuzda 3 gün əvvəl intihar edən məktəblinin atası da eyni əməli törədib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində özünü asaraq intihar edən 11-ci sinif şagirdi Ə.S-nin atası bu gün intihar edib.

48 yaşlı M. Səfərov səhər saatlarında özünü yaşadığı evin çardağından asaraq həyatına son qoyub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti