Müəllimlərin sertifikatlaşdırılması dərsi SƏRT TƏNQİD OLUNDU: Səhv suallar, düzgün olmayan izah ...

10:55 - 14 Mart 2025 - Cəmiyyət

Xəbər verildiyi kimi, Azərbaycan Təhsil İnistitutu Təhsil TV-nin yutub səhifəsində təhsilverənlərə dəstək məqsədi ilə sertifikatlaşdırılma dərsləri yayımlayır.

Ucnoqta.az xəbər verir ki, proqramın budəfəki buraxılışı biologiya fənni üzrə "Canlıların quruluşu, müxtəlifliyi və bioloji proseslər” mövzusuna həsr olunub. Nüşabə Məmmədovanın izahı ilə yayımlanan bu dəfəki dərslər izləyicilər tərəfindən kəskin tənqid olunub, narazılıqla qarşılanıb. Belə ki, 100-dən çox izləyici mövzuya həsr edilmiş sualların düzgün tərtib olunmadığını, cavabların səhv cavablandırıldığını iddia ediblər. Həmçinin, Nüşabə Məmmədovanın izahları düzgün təqdim etmədiyi də qeyd olunub. İzahlı videoda sualların dərsliklərdən götürüldüyü deyilsə də izləyicilər bu mövzuların deyildiyi kimi olmadığını bildiriblər:

Müəllimlər tərəfindən "Tısbağanın çanağının qabırğadan yarandığı hansı dərslikdə, neçənci sinifdə yazılıb?", "Yarımçıq suallar, yarımçıq izahlar", "Bu çür süallarda salmaqda məqsəd bir sıra müəllimləri kəsməkdir", "Eger baliqda etraf yoxdursa niye 7 ci sinif dersliyinde yazirsiz ki etraflarin skleti", "Sualları dəfələrlə dinlədim, həqiqətəndə bu suallarda elmi səhf lər var . Zülal sintezi ilə bağlı izahda transkipsiya zamanı məlumat RNT sintez olunur, zülal translyasiya zamanı sintez olunur", "Spermatazoid mayalanma prosesinden sonra diploid xromosom destine malik olur fikri ne demekdir?mayalanmadan sonra bir huceyre olur ziqot", və s. şərhlər yazılıb.


Xəbər xətti