Putin və Tramp yalnız bir dəfə danışıb - Peskov

14:29 - 10 Mart 2025 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin Donald Tramp 2025-ci ilin yanvarında ABŞ prezidenti vəzifəsinə başlayandan bəri onunla yalnız bir telefon danışığı olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Onların tez-tez telefon əlaqəsi yoxdur. Əslində, bu prezidentlik iterasiyası zamanı onların yalnız bir söhbəti olub", - Kreml sözçüsü bildirib.

Putin və Tramp arasında Kremlin bildirdiyi sonuncu telefon danışığı fevralın 12-də baş tutub.

Xəbər xətti