Münaqişə zamanı ABŞ Ukraynaya hərbi yardım da daxil olmaqla 114 milyard dollar yardım edib.
Ucnoqta.az xəbər verir ki, bu sözləri Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixaylo Podolyak Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.
“Bu günə olan məlumata görə, Amerikanın Ukraynaya yardımının ümumi məbləği nə 300 milyard dollar və ya 500 deyil, 114 milyard dollardır. Həmin məbləğin üçdə ikisi hərbi texnikanın tədarükü üçün ayrılıb və bu məbləğin üçdə ikisi Amerikanın müdafiə şirkətlərinə gedib”, o, bildirib.
Podolyak əlavə edib ki, Kiyev münaqişə zamanı həm hərbi, həm də birbaşa maliyyə yardımı alıb.
Almaniyadakı Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, Ukrayna 24 yanvar 2022-ci ildən 2024-cü il dekabrın 31-dək ABŞ-dan 114,2 milyard avro (123 milyard dollardan çox) yardım alıb, Avropa isə 132,3 milyard avro (143 milyard dollardan çox) məbləğində dəstək verib.