ABŞ bu ölkələrin vətəndaşlarının ölkəyə girişini qadağan edəcək - SİYAHI

08:33 - 7 Mart 2025 - DÜNYA

 Donald Tramp bəzi ölkələrin vətəndaşlarının ABŞ-a girişini qadağan etməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp administrasiyası ölkələrin qırmızı siyahısını tərtib etmək üzərində işləyir.
 Buraya çox güman ki, Trampın ilk dövründə vətəndaşlarının ABŞ-a girişi qadağan edilmiş ölkələr də daxil olacaq. Nəşr onların arasında Venesuela, İran, Yəmən, Şimali Koreya, Kuba, Liviya, Suriya, Somali və Sudanın adını çəkir. Bundan başqa, vətəndaşlarının ABŞ-a girişi qəti qadağan olunacaq ölkələrin siyahısına Əfqanıstan da əlavə oluna bilər.

Qırmızı siyahı ilə yanaşı, ölkələrin narıncı siyahısı da təqdim ediləcək. Vətəndaşlarının ABŞ-a girişi müəyyən viza növləri və daha qısa qalma müddətləri ilə məhdudlaşdırılacaq.

Sarı siyahıda olan ölkələrə ABŞ-ın bir sıra tələblərinə, o cümlədən pasportların verilməsi qaydalarına və səyahətçi haqqında məlumatların təqdim edilməsinə riayət etməklə vəziyyəti düzəltmək üçün 60 gün vaxt veriləcək. Əks halda, onlar qırmızı və ya narıncı ölkələrin kateqoriyasına yerləşdiriləcəklər.

Xəbər xətti