Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 39 Ukrayna PUA-nı məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, 14 pilotsuz təyyarə Krım üzərində, 12 pilotsuz təyyarə Qara dəniz üzərində və daha üç pilotsuz təyyarə Azov dənizi üzərində, yeddi PUA Kursk vilayətində, hər biri Rostov, Belqorod və Oryol vilayətləri üzərində bir PUA vurulub.