Dünyanın ən böyük raketi yeni sınaq uçuşu ilə buraxılıb

05:51 - 7 Mart 2025 - Xəbər

Aya insanlı uçuşlar üçün yaradılmış "Super Heavy" daşıyıcı aparatı olan Starship kosmik gəmisi cümə günü səkkizinci orbital sınaq uçuşunu həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə SpaceX tərtibatçı şirkəti məlumat yayıb.

Uçuş Texasın cənub-şərqindəki Boka Çikadakı SpaceX-in Starbase buraxılış meydançasından baş tutub.

Təxminən bir saat davam edəcək uçuş zamanı gəmi dörd Starlink mini peyk simulyatorunu orbitə çıxaracaq.

Yer ətrafında bir orbitdən sonra, idarə olunan Starship kosmik gəmisi orbitdən enəcək və Avstraliyanın şimal-qərbində Hind okeanına düşəcək.

"Super Heavy" daşıyıcısından Mechazilla sisteminin manipulyator qolları tərəfindən qəbul ediləcəyi buraxılış kompleksinə geri enməsi tələb olunacaq.

“Starship” kosmik gəmisi və “Super Heavy” daşıyıcı aparatından ibarət təkrar istifadə oluna bilən raket sistemi 120 m-dən çox hündürlüyə malikdir və bu, dünyada indiyə qədər hazırlanmış hər hansı digər raketdən daha yüksəkdir. "Super Heavy" daşıyıcı aparatı NASA-nın Aya pilotlu uçuşlar üçün hazırladığı ağır qaldırıcı Space Launch System (SLS) raketindən iki dəfə güclüdür.

Xəbər xətti