Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev Rusiyanın Vaşinqtondakı səfiri təyin edilib.
Ucnoqta.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Aleksandr Nikitiç Darçiyev Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Rusiya Federasiyasının Vaşinqtonda Amerika Dövlətləri Təşkilatı yanında Daimi Müşahidəçi təyin edilib.
Rusiyanın ABŞ-dakı əvvəlki səfiri Anatoli Antonov Vaşinqtondakı missiyasını 2024-cü ilin oktyabrında başa vurub.