Trampın nümayəndələri Zelenskinin əsas siyasi rəqibləri ilə gizli görüşüb - KİV

08:43 - 6 Mart 2025 - DÜNYA

ABŞ prezidenti Donald Trampın yaxın çevrəsinin yüksək vəzifəli üzvləri Volodimir Zelenskinin bəzi əsas siyasi rəqibləri, o cümlədən “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko ilə gizli görüşlər keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Trampın tərəfdaşları Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun Avropa Həmrəyliyi partiyasının yüksək vəzifəli nümayəndələri ilə də belə görüşlər keçiriblər.

Mənbələrin bildirdiyinə görə, müzakirələrdə yaxın vaxtlarda Ukraynada prezident seçkilərinin keçirilməsinin mümkünlüyü müzakirə olunub.

Xəbər xətti