Novxanı sahillərində suiti cəsədləri AŞKARLANIB

21:02 - 5 Mart 2025 - Cəmiyyət

Xəzər dənizinin Novxanı sahilində suiti cəsədləri aşkar olunub.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva faktı təsdiqləyib.

Xidmətin rəsmisi bildirib ki, Novxanı sahilində suiti ölümünün qeydə alındığı əraziyə baxış keçirilib.

"Suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb", - deyə A.Babyeva bildirib.

Xəbər xətti