ABŞ HƏMAS ilə danışıqlar aparır

19:56 - 5 Mart 2025 - DÜNYA

ABŞ prezidenti Donald Trampın administrasiyası Fələstinin Həmas hərəkatı ilə amerikalı girovların azad edilməsi və Qəzza zolağında daha geniş atəşkəs razılaşmasının mümkünlüyü ilə bağlı özəl birbaşa danışıqlar aparır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Dohada Trampın girovluq məsələləri üzrə xüsusi nümayəndəsi Adam Beyler və HƏMAS nümayəndələri arasında görüşlər baş tutub.

Xəbər xətti