1500 əcnəbinin vətəndaşlığına xitam verilib - 700 min nəfər aprelin 30-dək ...

15:28 - 5 Mart 2025 - DÜNYA

Daxili İşlər Nazirliyi qanun pozuntularına görə 1500 əcnəbinin Rusiya vətəndaşlığına xitam verib.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında idarə rəisi bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qanun pozuntularına görə 1500-ə yaxın şəxsin Rusiya vətəndaşlığına xitam veriblər.

Bundan əlavə, 2024-cü ilin sonuna qədər 700 mindən çox əcnəbinin Rusiya Federasiyasının ərazisində olmaq üçün heç bir əsası olmayıb, onlar aprelin 30-dək ölkəni tərk etməlidirlər.

Xəbər xətti