Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları məmurlara, kəşfiyyatçılara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktı törətməyi planlaşdıran 30 nəfəri saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, radikal qruplaşmanın əsas məqsədi konstitusiya quruluşuna qarşı qondarma cihad həyata keçirmək, həmçinin məmurlara, xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktları planlaşdırmaq olub.