Trampdan yetkinlik yaşına çatmayanların cinsini dəyişməsinə QADAĞA

11:11 - 5 Mart 2025 - DÜNYA

ABŞ Konqresi yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi əməliyyatını cinayət hesab etməlidir, çünki cinsiyyətin dəyişdirilməsi ilahi iradənin pozulmasıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.

"Mən Konqresdən uşaqların cinsiyyətinin dəyişdirilməsini tamamilə qadağan edən və cinayət hesab edən qanun qəbul etməsini, hər bir uşağın öz bədənində sıxışdırıldığı yalanına əbədi son qoymasını istəyirəm. Bu, böyük yalandır", - o deyib.

ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında ölkədəki vəziyyət, daxili və xarici siyasətin prioritet istiqamətləri ilə bağlı çıxışında Tramp əlavə edib:

“Bizim bütün amerikalı uşaqlara mesajımız budur ki, siz Allahın sizi yaratdığı kimi gözəlsiniz”.

Xəbər xətti