Xəbər verildiyi kimi, Saməddin Əsədov Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib.
Ucnoqta.az xəbər verir ki, Saməddin Əsədov 2014-cü ildən 2021-ci ilin iyun ayına kimi "Azərkosmos"da Maliyyə departamentinin direktoru vəzifəsində işləyib.
2011-2014-cü illərdə "Azərkosmos"da müxtəlif vəzifələrdə çalışıb. 2007-2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində çalışıb.
2020-ci ildən təhsilini ADA universitetində "Executive Education" və "Duke University’s Fuqua School of Business-in Adaptive Strategic Execution Program" üzrə təhsilini davam etdirir.
2013-cü ildə ADA universitetinin "Executive Education" və "Maastricht School of Management" Strateji İdarəetmə üzrə ixtisasartırma proqramının məzunu olub.
2008 – 2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə magistr dərəcəsini bitirib.
2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə bakalavr dərəcəsi alıb.
2021-ci ildə Saməddin Əsədov “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin İdarə heyətinin sədri vəzifəsinə təyin edilib.