Avropa İttifaqı (Aİ) liderləri Macarıstanın etirazlarına görə Avropa diplomatiyasının rəhbəri Kaia Kallas tərəfindən təklif edilən Kiyev üçün yeni 20 milyard avroluq hərbi yardım paketinin hazırlanmasını dayandırır.
Ucnoqta.az xəbər verir ki,bu barədə Avropanın “Politico” nəşri Aİ Şurasının sənəd layihəsinə istinadən məlumat yayıb.
Sənəddə qeyd olunur ki, Aİ ölkələrinin nümayəndələrinin baxılması üçün təqdim etdiyi mətndən Ukraynaya yeni hərbi yardım tədarükü ilə bağlı bənd çıxarılıb.
Dəyişikliklər Budapeştin icma dövlətləri nümayəndələrinin sonuncu görüşü zamanı sənədin əvvəlki variantına veto qoymasından sonra edilib.