Ağ Ev icazəsiz terrorçulara hava zərbələri endirməyə icazə verdi

10:39 - 4 Mart 2025 - DÜNYA

ABŞ prezidenti Donald Trampın administrasiyası yüksək rütbəli hərbçilərə Ağ Evin icazəsi olmadan rəsmi olaraq terrorçu kimi təyin edilmiş hədəflərə hava zərbələri endirmək barədə qərar qəbul etməyə imkan verən yeni qaydaları təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Military Times” portalı adı açıqlanmayan Pentaqon rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, silahlı qüvvələrin qərarların qəbul edilməsində səlahiyyətlərinin və muxtariyyətinin genişləndirilməsi terrorizmlə mübarizənin effektivliyini artırmaq üçün zəruri idi.
Adının açıqlanmasını istəməyən Müdafiə Nazirliyi rəsmisinin qeyd etdiyi kimi, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası hərbi komandirlərin fəaliyyət azadlığını həddindən artıq məhdudlaşdırıb ki, bu da terror təhdidlərinə ləng cavab verilməsinə səbəb olub.

Portal qeyd edir ki, ABŞ-ın aviazərbələri ilə bağlı məhdudiyyətlərin yumşaldılması ABŞ hərbçilərinin Meksika ilə sərhədə yerləşdirilməsi və Tramp administrasiyasının terrorizmlə mübarizə səylərinin ümumilikdə intensivləşməsi fonunda baş verir.
Bir sıra narkokartellərin xarici terror təşkilatları kimi tanınması yeni qaydalarla birlikdə hərbi komandanlığa sadələşdirilmiş qərar qəbuletmə proseduru çərçivəsində onlara zərbələr endirməyə imkan verir.

Xəbər xətti