Volodimir Zelenski Ukraynada döyüşlərin bitməsini istəmir
Ucnoqta.az xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Trampın süni intellekt və kriptovalyutalar sahəsində siyasətə cavabdeh təyin etdiyi investor Devid Saks deyib.
"Zelenskinin sülh bağlamamaq üçün güclü motivasiyası var. Onun sülh istəmədiyini düşünmürəm. O deyir ki, müharibə davam etməlidir, əsasən deyir ki, müharibə əbədi davam etməlidir. Məncə, onun bunun üçün öz səbəbləri var. Müharibə başa çatarsa, o, hakimiyyətdən kənarda qalacaq və siyasi opponentlərinin qisas almasına həssas olacaq. Əvvəla, o, gücünü itirsə, öz təhlükəsizliyi risk altında olacaq" - o, Fox News-da deyib.
Saks hesab edir ki, Zelenskinin münaqişənin bitməsini istəməməsinin ikinci səbəbi Ukrayna elitasının öz ehtiyacları üçün xərclədiyi maliyyə axınıdır. "Biz Ukraynaya yüz milyardlarla dollar ayırdıq və Ukrayna elitası, ukraynalı oliqarxlar bu pula ziyafət verdilər. Bu piramidanın başında Zelenski dayanır. Müharibə bitsə, bütün bu fırıldaqlara son qoyulacaq", - o qeyd edib.