"SpaceX" Ay raketinin sınaq buraxılışını ləğv etdi

06:00 - 4 Mart 2025 - DÜNYA

Çərşənbə axşamı yerli vaxtla saat 02:30-da planlaşdırılan Aya insanlı uçuşlar üçün nəzərdə tutulmuş "Super Heavy" daşıyıcısı ilə Starship kosmik gəmisinin səkkizinci sınaq buraxılışı ləğv edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə SpaceX tərtibatçı şirkəti məlumat yayıb.

Qərar starta 40 dəqiqə qalmış verilib, səbəbləri açıqlanmayıb.

Raket artıq yeddi dəfə buraxılıb. Ötən il 4 uçuş uğurla həyata keçirilib.

Xəbər xətti