Rubio və Çexiyanın xarici işlər naziri Ukrayna nizamlanmasını müzakirə ediblər

00:00 - 4 Mart 2025 - DÜNYA

 ABŞ dövlət katibi Marko Rubio Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə telefon danışığında Ukraynadakı münaqişənin həlli və enerji sektorunda əməkdaşlığı müzakirə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında bildirib.

Rubio və Lipavski ABŞ-Çexiya münasibətlərinin vacibliyini, eləcə də NATO-nun müdafiə xərclərini artırmağın və Çexiyanın enerji ehtiyaclarını ödəmək üçün ABŞ texnologiyasının alınmasının vacibliyini təsdiqləyiblər.

Xəbər xətti