Prezidentin yüksək vəzifə verdiyi Şahin Babayev kimdir? - DOSYE

16:44 - 3 Mart 2025 - Xəbər

Xəbər verdiyimiz kimi, Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

Ucnoqta.az xəbər verir ki, Şahin Babayev 988-ci ildə anadan olub. 2006-2010-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.

2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında çalışıb.

2012-2021-ci illərdə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləmişdir.

2023-cü ildə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub.

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdir.

Xəbər xətti