"ASAN imza" çökdü - Elektron xidmətlər işləmir

13:21 - 3 Mart 2025 - Cəmiyyət

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron xidmətlərində nasazlıq davam edir.

Ucnoqta.az xəbər verir ki, bir neçə saatdır ki, elektron xidmətlərdən istifadə etmək mümkün deyil. 

Nasazlıqla əlaqədar dövlət və özəl strukturlarda əməkdaşların əmək haqlarının ödənilməsində problem yaşanır.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin müvafiq açıqlaması olacaq.///ajans.az

Xəbər xətti