Hakim Tacikistan Xalq Demokratik Partiyası parlamentdə 12 yer qazanaraq 51,9% səslə seçkilərdə qalib gəlib.
Ucnoqta.az xəbər verir ki, ilkin məlumatı mətbuat konfransında Respublika Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının sədri Bəxtiyor Xudoyorzoda açıqlayıb.
Tacikistan parlamentinin aşağı palatasına martın 2-də keçirilən seçkilərdə seçici fəallığı 85,3 faiz təşkil edib.
Komissiya rəhbərinin sözlərinə görə, Tacikistanın seçkilərdə iştirak etmək hüququ olan 5,5 milyondan çox vətəndaşından 4,7 milyondan çox seçici səs verib.