İsrail ordusu bir gündə Qəzzaya ikinci dəfə zərbə endirib

00:27 - 3 Mart 2025 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına yeni zərbə endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, məqsəd anklavda İsrail əsgərləri üçün təhlükəni aradan qaldırmaq olub.

Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Qəzzanın cənubunda İDF bölmələri yaxınlığında müəyyən edilən və onlar üçün təhlükə yaradan iki şübhəli şəxsi vurub.

Bu, ordudan bir gündə ikinci belə açıqlama olub.

Xəbər xətti