Böyük Britaniyanın paytaxtı Londonda Ukrayna üzrə Avropa sammiti keçirilir.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, London sammitinin iştirakçıları Kiyevə hərbi yardımı davam etdirəcəklərini vəd ediblər. Bu barədəBritaniyanın Baş naziri Kir Starmer bildirib. Starmerin szlərinə görə, Londonda keçirilən Avropa sammitinin iştirakçıları Ukraynaya hərbi yardımı davam etdirəcəklərini və Rusiyaya iqtisadi təzyiqi davam etdirəcəklərini vəd ediblər.
Qeyd edək ki, London Sammitində Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Baş naziri Olaf Şolts, İtaliya Baş naziri Giorgia Meloni, Ukrayna Prezidenti Volodomir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Türkiyə xarici işlər naziri Hakan Fidan, Kanada Baş naziri Castin Trüdo, İspaniya Baş naziri Pedro Sançes, Danimarka Baş naziri Mette Frederiksen, Norveç Baş naziri Yonas Qar Stere, Niderland Baş naziri Dik Sxoof, İsveçin Baş naziri Ulf Kristersson, Rumıniya Prezidentinin səlahiyyətlərini icra edən İlie Boloyan, Çexiya Baş naziri Petr Fiala, NATO Baş katibi Mark Rutte, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Polşa Baş naziri Donald Tusk iştirak edir.