Elməddin Cəfərovu güllələyən şəxs saxlanıldı

15:06 - 2 Mart 2025 - Xəbər

Fevralın 2-də saat 12:45 radələrində Biləsuvar rayonu ərazisində 1983-cü il təvəllüdlü Elməddin Cəfərova ov silahı ilə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb. 

Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib. 

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Xəbər xətti