ABŞ İsrailə 4 milyard dollarlıq hərbi yardımı sürətləndirəcək

05:59 - 2 Mart 2025 - DÜNYA

ABŞ hökuməti İsrailə təxminən 4 milyard dollar həcmində hərbi yardımın çatdırılmasını sürətləndirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun yaydığı bəyanatda deyilir.

Rubio bildirib ki, İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasını sürətləndirmək üçün fövqəladə səlahiyyətlərdən istifadə etmək üçün bəyannamə imzaladım.
Həmçinin vurğulanır ki, bu sərəncam ABŞ-ın əvvəlki prezidenti Co Bayden administrasiyası tərəfindən İsrailə müəyyən növ silahların tədarükünə qoyulan məhdudiyyətləri ləğv edir.

Açıqlamada göstərildiyi kimi, ABŞ prezidenti Donald Trampın administrasiyası 2025-ci il yanvarın 20-dən etibarən İsrailə ümumilikdə 12 milyard dollar dəyərində silah və hərbi texnika satışına icazə verib.

Xəbər xətti