Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1-i uşaq olmaqla 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.