Azərbaycanın ən sürətli internet provayderi məlum olub

11:02 - 27 Fevral 2025 - Cəmiyyət

"Aztelekom" Ookla tərəfindən Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib.

Ucnoqta.az xəbər verir ki, Aztelekom “Speedtest Award for Fastest Fixed Network” mükafatını qazanıb.

2024-cü ilin 3 və 4-cü rüblərində 306,885 abunəçinin 4,389,339 testinin nəticələrinə görə “Aztelekom”un yükləmə sürəti 408.18 Mbit/s qeydə alınıb – bu, ölkə üzrə orta göstəricidən (181.30 Mbit/s) 2 dəfədən çoxdur!

“Onlayn Azərbaycan” layihəsi ilə 2021-ci ildən bəri genişzolaqlı internetə çıxış 230 mindən 2.97 milyona qədər artıb, sürət isə 17.2 Mbit/s-dən 66 Mbit/s-yə yüksəlib – 4 dəfə artım.

Xəbər xətti