Şimali Koreya Rusiyaya əlavə qoşun göndərib.
Ucnoqta.az -ın məlumatına görə, bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi kəşfiyyat məlumatlarına istinadən xəbər verir. Kəşfiyyatın hesablamalarına görə, Şimali Koreya Ukrayna qüvvələrinə qarşı döyüşmək üçün artıq ölkədə yerləşdirilmiş təxminən 11.000 əsgərdən əlavə, yanvar və fevral aylarında Rusiyaya 1000-dən çox əsgər göndərib.
Eyni zamanda kəşfiyyat rəsmisi bildirib ki, Şimali Koreya da Rusiyaya əlavə hərbçi göndərməyə hazırlaşır.
Eyni zamanda, Cənubi Koreya kəşfiyyatı bu əlavə qoşunların Rusiyanın Kursk bölgəsinə köçürülüb-götürülməməsi barədə məlumat verməyib.