Kabildə hökumət binası yaxınlığında partlayış olub

11:41 - 13 Fevral 2025 - DÜNYA

Əfqanıstanın Kabildə Şəhərsalma və Mənzil Təsərrüfatı Nazirliyinin binası qarşısında intiharçı-terrorçu partlayış törədib, lakin tələfat barədə hələlik məlumat yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Taliban hərəkatının Daxili İşlər Nazirliyinin nümayəndəsi Əbdül Mətin Kane TOLO News-a məlumat verib.

Məlumata görə, terrorçu binaya girmək istəsə də, təhlükəsizlik işçiləri tərəfindən qarşısı alınıb.
 Daxili İşlər Nazirliyinin nümayəndəsi partlayış nəticəsində tələfat və dəyən ziyanla bağlı ətraflı məlumat verməyib.

Xəbər xətti