HƏMAS razılığa gəldi

09:31 - 13 Fevral 2025 - DÜNYA

Fələstinin HƏMAS hərəkatı Misir vasitəçiləri ilə Qəzza zolağında atəşkəslə bağlı İsraillə razılaşmaların saxlanması və girovların azad edilməsi ilə bağlı müqavilənin təzələnməsi barədə razılığa gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yazır.

Nəşrin Misir mənbələrinə, Böyük Britaniyada yerləşən Əl-Ərəbi Əl-Cədid xəbər təşkilatına istinadən qeyd etdiyi kimi, HƏMAS və İsrail arasında saziş humanitar yardım və yanacaq müqabilində “orijinal formada” saxlanılacaq.

Qəzzaya çatdırılmalar cümə axşamı günü həyata keçirilməlidir, bundan sonra Həmas şənbə günü azad ediləcək üç girovun adlarını açıqlayacaq.

Xəbər xətti