Beş evdən 53 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

09:37 - 12 Fevral 2025 - HADİSƏ

Şirvanda beş evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə şəhər ərazisində yerləşən beş evdən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mirzağa Qasımov saxlanılıb.

Onun evlərdən 53000 manat dəyərində qızıl-zinət və məişət avadanlıqları oğurladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, M.Qasımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti