Qəbələdə çayda meyit tapılıb

16:53 - 11 Fevral 2025 - HADİSƏ

Qəbələnin Savalan kəndində Türyan çayında qadın meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin 1960-ci il təvəllüdlü Abdurəhmanova Maral Fətulla qızı olduğu məlum olub.

İlkin ehtimala görə, qadın ehtiyatsızlıqdan çaya yıxılıaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti